8 C
Baku
Friday, December 13, 2024

AMB növbəti iki aya valyuta ehtiyatlarının $200 mln.-dan çox artacağını proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı ötən dövr ərzində Azərbaycan Beynəlxalq Bankına (ABB) satılmış ABŞ dollarının növbəti aylarda bazardakı yaranmış mühitə görə həmin məbləğin bərpa ediləcəyini bildirib.

Bu barədə Banker.az AMB-nin açıqlamasına istinad edir.

“İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır”- deyə, açıqlamada deyilir.

30.06.2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard 371.9 milyon dollar təşkil edib.

Bununla da son bir ayda 141 milyon dollar, yaxud 1.95%, son bir ildə isə 917 milyon, yaxud 14.2% artmış olub.

Son xəbərlər
Digər xəbərlər