11 C
Baku
Monday, November 25, 2024

Neftin qiyməti necə dəyişəcək?

Müəllif: Xəyal İsmayılov

Əgər bazar iqtisadiyyatı dahi ingilis iqtisadçısı Adam Smit tərəfindən deyildiyi kimi, gözəgörünməz bir əllə idarə olunursa, onda qiymətlər bu iqtisadi orkestri idarə etmək üçün həmin gözəgörünməz əlin istifadə etdiyi çubuqdur.

Qiymət iqtisadi kateqoriya kimi mühüm əhəmiyyətə malikdir. Qiymət vasitəsi ilə manevr etməklə iqtisadiyyatda köklü dəyişikliklərə nail olmaq mümkündür. Bazar iqtisadiyyatı şəraitində əsas məsələlərdən biri hər bir əmtəə üçün mənfəət marjası və satış miqdarı arasında ideal nisbəti yaradan nöqtəni tapmaqdır. Bu nöqtəni isə dahi ingilis iqtisadçısı Adam Smitin dili ilə desək, gözə görünməz əl tapır.

Neftin qiyməti dünya bazarında tələb və təklif nəticəsində müəyyələnşir. Tarixən neftin qiymətini OPEK yüksək tutmağa çalışsa da, bu hər zaman müsbət nəticə verməmişdir. 1960-cı ildən 2015-ci ilədək OPEK-in istehsal etdiyi xam neftin orta qiymətinə diqqət etsək görərik ki, ən yüksək qiymət 2012-ci ildə 1 barel üçün 109,45 dollar olmuşdur. Sonrakı illərdə qiymət azalmağa başlamışdır və 2015-ci il üçün hələlik orta qiymət 55,09 dollara qədər düşmüşdür. Buna oxşar hal 2008-ci ildə baş vermişdir. 2008-ci ildə də neft ən yüksək orta qiymətə 94,1 dollara təklif edilmişdir. Növbəti ildə isə neftin qiymətində enişlər olmuşdur. (http://www.statista.com/statistics/262858/change-in-opec-crude-oil-prices-since-1960/)

Xam neftin təklifi qısamüddətli dövr üçün elastik olduğu üçün ölkələr qiymət dəyişikliklərinə dərhal cavab verə bilmirlər. OPEK-ə üzv ölkələrə qısamüddətli dövrdə təklifi azaltdıqda bu qiymətdə böyük artıma və yüksək mənfəətə səbəb olacaq. Tələbin qeyri-elastik olması səbəbindən qısamüddətli dövrdə qiymət dəyişmələrinə cavab verə bilməyək. Yekunda qısa müddət ərzində neftin tələb və təklifi qeyri-elastik olduğu üçün təklifin azalması qiymətin kəskin artmasına səbəb olacaq.  Ancaq uzunmddətli dövrdə isə vəziyyət fərqli olur. Uzunmüddətli dövr üçün tələb elastik olduğu üçün qiymətin artmasına uyğun olaraq daha az xam neftə tələb olacaq. Son nəticədə bu proses qiymətin düşməsi ilə nəticələnəcək.

Həmçinin qeyd etmək lazımdır ki, qiymətin azalması nəticəsində xam neftə tələb artacaq, aşağı qiymətlər səbəbindən isə təklif azalacaq. Artan tələbi ödəmək üçün isə qiymət qalxacaq. Artan qiymətlər ölkələri daha çox xam neft istehsal etməyə “ruhlandıracaq.”

Göründüyü kimi bu proseslər dövrü olaraq davam edəcək. Fikrimcə, qarşıdakı illərdə neftin qiymətində artımlar olacaq və ən geci 5 ildən sonra neftin qiyməti  2012-ci il maksimumundan da yüksək olacaq.

Son xəbərlər
Digər xəbərlər