13 C
Baku
Saturday, November 23, 2024

“Shell” Avropanın ən böyük “yaşıl” hidrogen istehsalı zavodunun tikintisinə başlayıb

“Shell” neft-qaz şirkəti Niderlandda Avropanın ən böyük “yaşıl” hidrogen istehsalı zavodunun tikintisinə başlanıldığını elan edib.

200 meqavatt gücə malik “Holland Hydrogen I” zavodu gündəlik 60 ton hidrogen istehsal edəcək.

“Shell plc”nin törəmə şirkətləri olan “Shell Nederland B.V.” və “Shell Overseas Investments B.V.” “Holland Hydrogen I” zavodunun tikintisi haqqında yekun investisiya qərarı qəbul edib. Bu zavod 2025-ci ildə istismara verildikdən sonra bərpa olunan enerjinin istehsalı üzrə Avropanın ən böyük zavodu olacaq”, – şirkətin məlumatında deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər