İsrailin Türkiyədəki ticarət-iqtisadi nümayəndəliyinin fəaliyyəti avqustun 1-dən bərpa olunacaq.
Bunu İsrailin iqtisadiyyat naziri Orna Birbivay deyib.
Onun sözlərinə görə, bu addım İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməyə sadiqliyini əks etdirir.
Nazir əlavə edib ki, yaxın gələcəkdə son on ildə ilk Türkiyə-İsrail birgə iqtisadi konfransının təşkili planlaşdırılır.