13 C
Baku
Saturday, November 23, 2024

Təsərrüfat subyektlərində istifadə edilən POS-terminallar hansı texniki tələblərə cavab verməlidir?

Təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminal ən azı Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Həmçinin, POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura olmalıdır.

Digər texniki tələb isə, POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənmə imkanlarına malik olmasıdır.

Əsaslandırma: “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1-ci maddəsi

Son xəbərlər
Digər xəbərlər