Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri neft-qaz sektorunun payına düşür.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu ilin 6 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38.1% artaraq 4 mlrd. 398.1 mln. manat olub və proqnoz 128.6% icra edilib.