17 C
Baku
Friday, October 18, 2024

Mobil telefonlar satan 3 şirkət barəsində qərar verildi

Xəbər veridiyimiz kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “İMPERİUS” MMC, “V TELCOM” MMC və “BUL ELECTRONİCS” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdı.

Banker.az xəbər verir ki, Dövlət Xidməti bu barədə növbəti açıqlama yayıb. Açıqlamada bildirilir ki, işəbaxma zamanı təsərrüfat subyektləri tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına tam həcmdə təqdim edildiyi üçün işə xitam verilib.

Son xəbərlər
Digər xəbərlər