12 C
Baku
Monday, November 25, 2024

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb

Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 faiz azaldaraq 4.6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 25.4 faiz artıraraq 29.4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz artaraq 10.8 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1.97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9.5 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21.6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər