Avropada təbii qazın qiyməti ticarət sessiyasının sonunda 4.6% artaraq 1000 kubmetr üçün 1 882.8 dollar təşkil edib.
Bunu ICE London Fond Birjasının məlumatları göstərir.
Qeyd edək ki, Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə avqust fyuçersləri ticarət əməliyyatlarına 1 000 kubmetr üçün 1 847.9 dollar səviyyəsində başlayıb. Bu, ötən günlə müqayisədə 3% çox idi.
Təbii qazın qiyməti ticarət sessiyasının sonunda 1882.8 dollar olub.