14 C
Baku
Saturday, November 23, 2024

HUAWEI WATCH GT 3 Pro: Sərhədsiz imkanlar, “Kontakt”da sərfəli imkanlarla

®4 fərqli seçimi ilə HUAWEI WATCH GT 3 Pro smart saatları bu gündən “Kontakt” mağazalarında nağd alışda 699 manatdan başlayan qiymətlərlə, kreditlə alışda isə ilkin ödənişsiz, 18 ay faizsiz, ayda 38 manatdan başlayan şərtlərlə satışa çıxarılacaq. 

Titankeramik versiyaları olan Huawei-in ən son qabaqcıl ağıllı saatları yeni interfeys dizaynı, premium materiallardan ibarət korpusu, ultra aydın böyük ekranı və seçim tanıyan bir neçə növləri ilə birlikdə gəlir. 

GT 3 Pro Titanium Edition– hər düymdə sənətkarlıq:  Modelin dizaynı 19-cu əsrin futurizm konsepsiyasını müasirliklə birləşdirərək, seriyanın əvvəlki nəslinə ən modern dizayn dəyişikliklərini əlavə edir.

O, 1,43 düymlük AMOLED yüksək dəqiqlikli rəngli ekranla təchiz edilib. Saatın keyfiyyəti ilk baxışdan aydın görünür. Güclü, lakin yüngül titan korpus zamanın sınağına tab gətirmək üçün hazırlanmışdır. Displey almaz kimi bərk material olan sapfir şüşədən hazırlanıb və materiallar bədən istiliyindəki ən kiçik dəyişiklikləri belə hiss etməyə imkan verir. 

Model ənənəvi saat üslubunda toxunma qabiliyyətinə malik 3D fırlanan taca malikdir. O, istifadəçiyə tacı klikləməklə və fırlatmaqla böyütməyə və kiçiltməyə, müxtəlif interfeyslər arasında sürüşdürməyə və ya parametrləri tənzimləməyə imkan yaradır.

Bu modeldəki “ECG” düyməsi sağlamlığınızı ən əsas prioritetə çevirəcək. “ECG” düyməsinin köməyi ilə sağlamlıq haqqında lazımi məlumatlarınız yüksək dəqiqlik ilə ölçülərək toplanılacaq. 

GT 3 Pro Ceramic Edition – texnologiyanın estetikası ilə tanışlıq: GT 3 Pro-nun bənzərsiz bu növü ilhamını Şərq və Qərb təsirlərinin qovuşmasından alır və texnologiya ilə estetikanın mükəmməl balansını özündə əks etdirir.

Yüksək texnologiyalı keramika vizuallığı ilə yanaşı, korroziyaya və istiliyə davamlılığı ilə də seçilir. Model ürək döyüntülərini dəqiq monitorinq və hər hansı temperatur dəyişikliyini avtomatik aşkar edir. 

İdman sosial fəaliyyətdir və HUAWEI WATCH GT 3 Pro istifadəçilərə məşqlərini dostları ilə paylaşmağa, üstəlik onları da bu aktivliyə qoşulmağa dəvət etməyə şərait yaradır. Açıq havada gəzintiniz sizi hara aparır aparsın, saat geri marşrut naviqasiyası ilə sizinlə ayaqlaşacaq. Qolfdan xizək sürməyə qədər 100-dən çox məşq rejimi arasında ağıllı qaçış rejimi də var. Sözügedən rejim sürət, ürək döyüntüsü, məsafə və sair kimi məlumatları analiz edir və peşəkar məsləhətlər təklif edir.

Bu saatın ən maraqlı xüsusiyyətlərindən biri də onun suya davamlılığıdır. Saatı qolunuzdan çıxarmadan 30 metrə qədər dərinliyə dala bilərsiniz. Modelin pulsuz dalğıc rejimi fərdiləşdirilə bilən xüsusiyyətlər daşıyır və suyun altında nəfəs tutma qabiliyyətinizi inkişaf etdirməyə kömək edir. 

HUAWEI WATCH GT 3 Pro seriyasının başqa bir üstünlüyü də onun ultra uzunömürlü batareyasıdır. Belə ki, GT 3 Pro Titanium Edition” 14, “GT 3 Pro Ceramic Edition” isə 7 gün enerji doldurulmadan avtonom rejimdə istifadə edilə bilər. 

Qeyd edək ki, “Huawei” brendinin rəsmi tərəfdaşı olan “Kontakt” mağazalar şəbəkəsində “Huawei watch GT 3 Pro silver bezel white leather”, “Huawei watch GT 3 Pro light titanium  black strap”, “Huawei watch GT 3 Pro light titanium gray leather” “Huawei watch GT 3 Pro gold bezel white ceramic” smart saatlarını uyğun şərtlərlə əldə edə  bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər