Şri-Lanka prezidenti Qotabaya Racapaksanın istefası rəsmi şəkildə təsdiqlənib.
Bu barədə Kolomboda keçirdiyi mətbuat konfransında Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeivardena deyib.
“Qotabaya Racapaksa 2022-ci il iyulun 14-də vəzifəsindən rəsmən istefa verdi”,- deyə spiker bildirib.
Abeivardena Racapaksanın imzaladığı istefa ərizəsini göstərib.