10 C
Baku
Saturday, November 23, 2024

“Zəyəm Texnologiyalar Parkı” 6 milyon manata yaxın zərər açıqladı

“Zəyəm Texnologiyalar Parkı” ASC 2021-ci ili 5 milyon 793 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2020-ci ili 2 milyon 720 min manat zərər ilə bağlamışdı ki, bu da zərərin 2.1 dəfə artması deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2021-ci il tarixinə “Zəyəm Texnologiyalar Parkı”nın əsas əməliyyat gəlirləri 10 milyon 50 min manat, satışın maya dəyəri 15 milyon 688 min manat, sair əməliyyat gəlirləri 224 min manat, kommersiya хərcləri 91 min manat, inzibati xərclər isə 129 min manat olub.

Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın cəmi aktivləri 16 milyon 993 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 17% artımdır. 2020-ci ildə isə cəmi aktivləri 14 milyon 511 min manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 2.4 dəfə azalaraq 16 milyon 926 min manat, cəmi kapitalı isə 9 milyon 792 min manat təşkil edib.

Qeyd edək ki, hüquqi ünvanı Şəmkirdə olan “Zəyəm Texnologiyalar Parkı” ASC metal konstruksiyaların, kənd təsərrüfatı avadanlqıqlarının, dəqiq metal məhsulların istehsalı və quraşdırıllması ilə məşğuldur.

 

 

Son xəbərlər
Digər xəbərlər