İnsanın sənin görüşünə nə ilə gəldiyi deyil, qəlbində nə gətirdiyi önəmlidir.
Qadınınız gözəldirsə 3 il ərzində xoşbəxtsiniz. O yaxşı aşpazdırsa 30 il birlikdə olacaqsınız və əgər o ağıllıdırsa 3 nəsil boyu xoşbəxtlik sizinlə birgə olacaq.
Dünən – tarix, sabah – öyrənə bilməyəcəyimiz sirr, bu gün isə – hədiyyədir.
Bütün kişilər uşaqdırlar, taki ata olana qədər.
Hər hansı bir insanın çatışmayan cəhətinin fərqinə vardıqda xatırla ki, səndə onlardan bir neçə dənədir.
Təhsil almağa zamanının olmadığını deyən şəxs, zamanı olduqda belə oxumayacaq.
Üç il məşq etdikdən sonra itlər belə şeir deyə bilər.
Heç bir xəbərin olmaması özü artıq yaxşı xəbərdir.
Bütün səmanı ovuclarınla örtməyə çalışma.
Pələng dünyasını dəyişdikdə dərisi, insan dünyasını dəyişdikdə adı qalar.
Təbəssüm edən simaya tüpürə bilməzsən.
Çıxa bilməyəcəyin ağaca baxmaq mənasızdır.
Paltarın yenisi, dostun isə köhnəsi çoxdur.
Eyni əqidələrə sahib insanlar ilk görüşdən dost ola bildiyi halda, müxtəlif əqidələrə sahib insanlar min görüşdən sonra belə dost olmayacaqlar.
Dənizin suyunun duzlu olub-olmadığını öyrənmək üçün bütün suyu içməyə gərək yoxdur.
Yüz balta zərbəsindən sonra yıxılmayan ağac yoxdur.
Hətta ən yaxşı nağılı belə çox dinlədikdə artıq bezdirir.