14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan öncəki ildən daha az həcmdə təbii qaz satır, lakin 4 dəfə çox gəlir əldə edir

– Təbii qazın ixracda payı 40%-i keçib
– Valyuta axını 4 dəfə artıb
– Aİ Azərbaycanla uzunmüddətli qaz idxalı sazişini imzalamağa hazırlaşır

Azərbaycan 2022-ci ilin ilk yarısında xaricə öncəki ildən daha az həcmdə qaz satıb, amma qiymətlərin yüksəlməsi səbəbindən ondan gələn valyuta axını 4 dəfəyə yaxın artıb.

Bunu Banker.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

İlin ilk yarısında 11.36 milyard kub metr həcmində xaricə təbii qaz nəql edib. Bu da 2021-ci ilin müvafiq dövrindən 6% zəif nəticədir.

Ondan gələn gəlir isə 7.44 mlrd. ABŞ dolları həcmində təşkil edib ki, öncəki ildən 3.7 dəfə çoxdur. Təbii qazın ixracdakı payı öncəki ildə 18% olduğu halda bu il 40%-ə çatıb.

Avropada Rusiya-Ukrayna müharibəsi fonunda enerji təchizatı ilə yarana biləcək problemlər qorxusu təbii qazın qiymətini kəskin bahalaşdırıb. Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçers min kubmetr üçün 2 000 ABŞ dolları səviyyəsinədək yüksəlməklə tarixi rekord yeniləmişdi.

2022-ci ilin iyul ayının ilk yarısında isə qiymətlər 1800 – 1900 dollar təşkil edib – hər min kub mütr üçün. Vəziyyət indi də Avropaya tam aydın deyil. Məsələn, Rusiya artıq “Şimal axını – 1” boru xəttinin nəqlini təmirə bağlayıb. Açıqlama da isə təmir üçün Kanadanın “Siemens” şirkəti onları texniki xidmətlərlə sanksiya səbəbindən təmin etmədiyi də əsas gətirildi. Bir müddət sonra Kanada bu şirkət üçün müvəqqəti olaraq sanksiyaları götürüb ki, xidmət göstərə bilsin, amma Avropa təmirin bir müddət daya biləcəyini ehtimal edir.

Son günlərdə isə Avropa mediasında qazın nəqlində özünə etibarlı tərəfdaş kimi Azərbaycanın adı tez-tez hallanır, Türkiyənin “Star” qəzetində dərc edib ki, enerji təchizatında Rusiyadan asılılığını azaltmaq və enerji resurslarını şaxələndirmək istəyən Avropa Xəzər qazını Türkiyə üzərindən Avropaya nəql edən Cənub Qaz Dəhlizinin genişləndirilməsində axtarır.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Azərbaycan hökuməti ilə Aİ qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi üzrə saziş layihəsini müzakirə etmək üçün yaxın günlərdə Bakıya səfər etməyi planlaşdırır. Həmçinin zərbaycanla uzunmüddətli qaz idxalı sazişini imzalamağa hazırlaşdığı qeyd edilir . Ətraflı.

Azərbaycanın aylar üzrə qaz ixracı:

Aylar 2022
Həcmi, min kub İxrac dəyəri, min  1000 kubun qiyməti,
Yanvar       1,613,199.82  $                         803,301.51  $                            497.96
Fevral       2,350,466.89  $                     1,682,858.75  $                            715.97
Mart       1,723,151.95  $                         977,698.38  $                            567.39
Aprel       1,546,574.98  $                         714,371.41  $                            461.91
May       2,224,666.13  $                     1,816,563.55  $                            816.56
İyun       1,906,784.94  $                     1,445,640.94  $                            758.16

 

Son xəbərlər
Digər xəbərlər