13 C
Baku
Tuesday, May 7, 2024

Yunanıstan ABŞ-dan “F-35” qırıcısı almaq istəyir

ABŞ müdafiə naziri Lloyd Austin Pentaqonda Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulos ilə görüşüb.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, yunanıstanlı nazir görüşdə F-35 alınması ilə bağlı fikir bildirib: “Bu tərəfdaşlığın yeni təməl daşı şübhəsiz ki, qarşılıqlı əlaqəni, koordinasiyanı artıracaq ən müasir “F-35″ qırıcılarının Yunanıstan tərəfindən alınmasıdır”.

Panaqiotopoulos ABŞ və ölkəsi arasında müdafiə sahəsində əməkdaşlığın son illərdə ən yüksək səviyyəyə çatdığını söyləyib. Austin də öz növbəsində ABŞ və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın heç vaxt olmadığı qədər güclü olduğunu bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər