10 C
Baku
Thursday, December 12, 2024

Bloomberg: Aİ qaz tədarükünü 15% azaldacaq

Avropa İttifaqı (Aİ) üzv ölkələrə avqust ayından könüllü olaraq təbii qaz istehlakını 15% azaltmağı təklif edəcək. “Bloomberg” yazır ki, qərar Rusiyanın Aİ-yə qaz tədarükünü kəsə biləcəyi qorxusu ilə əlaqəlidir.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Qaz istehlakına könüllü məhdudiyyətlər “Təhlükəsiz qış üçün qaza qənaət et” ümumavropa planının məqsədləri sırasına daxil ediləcək. Avropa Komissiyası onu çərşənbə günü, iyulun 20-də dərc etməyi planlaşdırır. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bu planda istilik və soyutma üçün enerji xərclərinin azaldılması ilə bağlı tövsiyələr, eləcə də qaza qənaət üçün bazar əsaslı tədbirlərin siyahısı yer alacaq.

Avropa Komissiyasının hesablamalarına görə, sərt qış şəraitində Aİ-nin ÜDM-si 1.5% azala bilər. Rusiyadan tədarükün azalması 12 Aİ ölkəsinə təsir edib, iyunda Rusiyadan ümumi qaz axını 2016-2021-ci illər üçün orta göstəricinin 30%-dən az olub. Beynəlxalq Enerji Agentliyi (IEA) daha əvvəl xəbərdarlıq etmişdi ki, Aİ ölkələri “qarşıdan gələn sərt qışa” hazırlıq üçün qaz istehlakını azaltmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər