Avropa İttifaqı Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 500 milyon avroluq beşinci tranşın ayrılması ilə bağlı yekun qərar qəbul edib. Bunu çərşənbə günü Brüsseldə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Xosep Borrell deyib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Beləliklə, 2022-ci ilin mart ayından etibarən Aİ Kiyevə hərbi yardım üçün artıq 2.5 milyard avro ayırıb. Bu pullar köhnə, istismardan çıxarılan texnikanın daha müasir sursatlarla əvəzlənməsi üçün nəzərdə tutulur.
Brüsseldəki Avropa diplomatik mənbəsinin daha əvvəl bildirdiyi kimi, bu 2.5 milyard avro Aİ büdcəsindən 2021-2027-ci illər üzrə yeddiillik büdcə dövrü üçün ayrılıb, lakin Aİ xarici siyasət xidməti yeni vəsaitlərin cəlb edilməsi üzərində işləyir.