10 C
Baku
Thursday, December 12, 2024

Cənubi Afrika Ehtiyat Bankı faizləri son 20 ildə ilk dəfə kəskin artırıb

Cənubi Afrika Respublikasının Ehtiyat Bankı uçot faiz dərəcəsini (repo dərəcəsini) cümə axşamı daha 75 baza bəndi artırılıb.

Banker.az xəbər verir ki, bu, uçot faiz dərcəsi 5.5%-ə, əsas faiz dərəcəsini isə 9%-ə çatdırır. Pul siyasəti komitəsinin üç üzvü artımı dəstəkləyib, biri 100 baza bəndi, digəri isə 50 baza bəndi artımına üstünlük verib.

Bu da inkişaf etməkdə olan bazar böhranı şəraitində uçot dərəcəsinin 100 baza bəndi artırıldığı 2002-ci ilin sentyabrından bəri ən böyük artımdır. Son faiz artımı Çərşənbə günü açıqlanan ağrılı inflyasiya rəqəmini qaynaqlanır: istehlak qiymətləri indeksi 7.4%-ə çatdı ki, bu da son 13 ilin ən yüksək səviyyəsidir.

Son xəbərlər
Digər xəbərlər