ABŞ-da işsizliklə bağlı müavinət üçün müraciətlərin sayı kəskin artıb.
Bu barədə ABŞ-ın Əmək Nazirliyi məlumat yayıb.
Bir həftə ərzində ABŞ-da işsizliklə bağlı müavinət üçün ilkin müraciətlərin sayı ötən həftə ilə müqayisədə 7 min artaraq 251 minə çatıb.
Analitiklər isə bu göstəricinin 240 minədək azalacağını proqnozlaşdırırdılar.