Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 55.2 faiz artıraraq 10.8 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 39 faiz artıraraq 1.7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12.6 faiz artaraq 172 milyon dollara bərabər olub.
Bu ilin yanvar-iyun ayında Türkiyə 979 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-iyun ayları ilə müqyisədə 23.5 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 1.9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.