12 C
Baku
Monday, November 25, 2024

Zəngilan hava limanına beynəlxalq IATA kodu təyin edilib

Zəngilanda yeni inşa edilən hava limanına ZZE –  üçhərfli beynəlxalq kodu təyin edilib. Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılıb.

Banker.az bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Müvafiq Qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair  konfransında (IATA Passenger Services Conference) qəbul edilib. IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə  istifadə olunur. Bu barədə “AZAL” prezidenti Cahangir Əsgərov belə deyib: “Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”.

Xatırladaq ki, daha əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ – dördhərfli kodu təyin etmişdi.

Məlumat üçün bildirək ki, Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlayıb, bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. Hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir. Hava limanı terminalının  buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.

 

Son xəbərlər
Digər xəbərlər