8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda daha bir şirkət ləğv edilir

Azərbaycanda daha bir səhmdar cəmiyyət ləğv edilir, əmlakı səhmdarla arasında bölünəcək.

23 avqust 2022-ci il saat 12.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 nömrəli ünvanda “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbədənkənar ümumi yığınca¬ğı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə “Sumqayıt Dəmir Beton-1” ASC-nin ləğvedicisi məlumat yayıb.

Yığıncaqda “Sumqayıt Dəmir Beton-1”ASC-nin ləğvetmə balansının və qalıq əmlakın iştirak¬çılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması müzakirə .ediləcək.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) yığıncaq tarixindən əvvəlki üç iş günü ərzində cəmiyyətin ofisində Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 nömrəli ünvanda iş vaxtı tanış olmaq mümkündür.

Əlaqə telefonu-(050) 299-34-16.

Qeydiyyat 23 avqust 2022-ci il saat 10.00-da başlayacaqdır.

Səhmdarlar ümumi yığıncaqda iştirak etmək üçün şəxsiyyətlərini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə notarial qay¬dada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər