Qablaşdırma istehsalçısı “Tetra Pak” Rusiya bölməsini yerli rəhbərliyə satıb. Şirkət satışına səbəb kimi fəaliyyətini davam etdirə bilməməsini göstərib. “Tərəfdaşların işinin davamlılığını təmin etmək, həmçinin zəruri məhsulların mövcudluğunu təmin etmək üçün şirkət Rusiya bölməsini yerli idarəetmə qrupuna ötürmək qərarına gəlib”, – deyə mesajda bildirilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Mart ayında “Tetra Pak” Rusiyada şərab qablaşdırmasının çeşidini azaltmaq və istehsalını dayandırmaq planlarını açıqlayıb, həmçinin Rusiya müştərilərini bir sıra komponentlərin çatışmazlığı səbəbindən qida qablaşdırma çeşidinin müvəqqəti azalması barədə xəbərdar edib.
Rusiya bazarında qida qablaşdırmasının olmaması səbəbindən yaranan çətinliklərlə əlaqədar biznes nümayəndələri hakimiyyət orqanlarından karton istehsalı ilə bağlı məlumatların açıqlanmasını və qablaşdırmanın bazar iştirakçıları arasında yayılmasını xahiş ediblər.