2021-ci ildə “SOCAR Polymer” zavodunun istehsal həcmi 44% artıb. Banker.az SOCAR-a istinadən xəbər verir ki, şirkətin digər zavodu – “SOCAR Karbamid”in istehsal həcmində 197.3% artım olub.
Şirkət zavodlarının ixrac gəlirlərini də açıqlayıb. Məlumata əsasən, “SOCAR Polymer”in ixrac gəliri 152% və “SOCAR Karbamid”in ixrac gəliri isə 11 dəfə artıb.