10 C
Baku
Thursday, December 12, 2024

Ceyhun Bayramov Slovakiyanın yeni səfiri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Layçakı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Slovakiya arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcud olduğunu, son bir neçə il ərzində həyata keçirilən intensiv siyasi dialoq və yüksək səviyyəli səfər mübadilələrinin əməkdaşlığa müsbət töhfə verdiyini diqqətə çatdırıb.

Səfir Milan Layçak Slovakiyanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətli olduğunu, xüsusilə iqtisadi əlaqələr olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığının genişlənməsinə çalışacağını diqqətə çatdırıb. 2023-cü ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin əhəmiyyət daşıdığını vurğulayıb. Səfir Slovakiya şirkətlərinin ölkəmizə marağının daha da artdığını qeyd edib. Enerji, nəqliyyat, kiçik və orta biznesin inkişafı kimi sahələrə önəm verildiyini bildirib.

Nazir səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə olan marağını müsbət qarşılayıb.

Səfir bir daha ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər