ABŞ dövlət katibi Antoni Blinken avqustun 2-12–si aralığında Konqo Demokratik Respublikası (KDR), Filippin və CAR-a səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.
Turne çərçivəsində o, Ukrayna ətrafında cərəyan edən vəziyyəti müzakirə edəcək.
Dövlət katibi avqustun 3-5-də Pnompendə ABŞ-Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Şərqi Asiya Sammiti (EAS) və ASEAN-ın təhlükəsizlik üzrə regional forum formatında xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə iştirak edəcək.