6 C
Baku
Sunday, December 15, 2024

Zelenski məcburi təxliyyə əmri verdi

Ukrayna Prezidenti Volodimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib.

Bu barədə ukraynalı lider videomüraciət yayıb. Zelenski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayır.

“Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın”,- Zelenski deyib.

O, bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər