7 C
Baku
Thursday, December 12, 2024

Türkiyə hərbi təyyarələrini Kiyevdən geri qaytarır

Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib.

“Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm”, – nazir deyib.

Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyev Borispol hava limanındadır. Akarın Ukrayna və Rusiya hakimiyyət orqanları ilə danışıqlarında onların Türkiyəyə qayıtması məsələsi dəfələrlə müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər