12 C
Baku
Tuesday, November 19, 2024

“Elliott Management” investisiya fondu “PayPal”a $2 mlrd. sərmayə qoyub

Çərşənbə axşamı, avqustun 2-də fintex şirkəti “PayPal”, “Holdings Elliott Management” investisiya fondundan 2 milyard dollardan çox sərmayə cəlb etdiyini açıqlayıb. “PayPal”ın səhmləri bu xəbərdən sonra 11%-dən çox artıb. “Elliot”un idarəedici partnyoru Cessi Kon “PayPal”ın onlayn ödəmə sənayesinin “rəqibsiz lideri” olduğunu söyləyib.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

“PayPal” xərcləri azaltmaq üçün işçilərin sayını azaltmağı planlaşdırır. Şirkət illik gəlirinin valyuta ifadəsində 11% arta biləcəyini bildirib ki, bu da əvvəlki proqnozundan 11-13% diapazonunda aşağıdır. “Biz şirkətin top menecmentində əhəmiyyətli dəyişikliklər edəcəyini və marjanı yaxşılaşdırmaq üçün sərt qərarlar qəbul edəcəyini gözləyirik”, – deyə “Roose Investments”in nümayəndəsi bildirib.

Daha əvvəl “PayPal” baş maliyyə direktoru vəzifəsinə Bleyk Yorqensenin təyin edildiyini açıqlamışdı. O, avqustun 3-də vəzifəsinin icrasına başlayacaq.

Son xəbərlər
Digər xəbərlər