8 C
Baku
Thursday, December 12, 2024

“İnkişaf üçün maliyyə” BOKT 10 investordan 1 mln. borc cəlb etdi

4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnkişaf üçün maliyyə” MMC-nin tədavül müddəti 2 il olan AZ2001024820 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az-a bu barədə BFB-dən bildirilir.

Hərrac zamanı 10 investor tərəfindən 100 manat qiymətindən 10 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1000 000 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1milyon manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 04 avqust 2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər