9 C
Baku
Thursday, December 12, 2024

Kreml Zelenskinin referendumla bağlı sözlərinə münasibət bildirib

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın nəzarətində olan ərazilərdə referendum keçiriləcəyi təqdirdə Rusiya-Ukrayna danışıqlarının baş tutmayacağı ilə bağlı sözlərinə münasibət bildirib.

Peskov referendumu Rusiyanın keçirmədiyini qeyd deyib.

“Məsələ ondadır ki, region sakinlərinin belə planları var. Referendum keçirən biz deyilik. Burada, görünür, anlamaq lazımdır ki, Zelenski bu bəyanatla kimə müraciət edir – adıçəkilən regionların Ukrayna vətəndaşlarına və ya Rusiya vətəndaşlarına… Əgər Rusiya vətəndaşlarına və rəhbərliyinə müraciət edirsinizsə, onda biz doğru ünvan deyilik. Siz öz vətəndaşlarınıza müraciət etməlisiniz, soruşun ki, niyə onun ölkəsində yaşamaq istəməyənlər çoxdur”, – Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər