Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi davam edir. Qurban bayramında Ermənistan Baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında bildirib.
“Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram”, – Ərdoğan vurğulayıb.