6 C
Baku
Saturday, December 14, 2024

Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd planlaşdıran killerləri saxlayıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yayımlanmış məlumatda bildirilib.

Qeyd olunub ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ukrayna hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planlaşdıran Rusiya kəşfiyyatçılarından ibarət təxribat və müşahidə qrupu zərərsizləşdirilib.

Vurğulanıb ki, qrupun tapşırığı Reznikov və Budanovla yanaşı, tanınmış ukraynalı aktivistin qətlə yetirilməsi olub. Məlumatda o da qeyd olunub ki, qrup üzvlərinə hər qətlə görə 100-150 min ABŞ dolları ödəniləcəyi vəd edilib.

Son xəbərlər
Digər xəbərlər