9 C
Baku
Thursday, December 12, 2024

Yapon modelyer İssey Miyake vəfat edib

Yaponiyalı modelyer İssey Miyake 85 yaşında vəfat edib. Bu barədə “Business of Fashion” nəşri onun yaratdığı “Issey Miyake” moda evinin nümayəndələrinə istinadən yazıb.

“Issey Miyake Group”dan verilən açıqlamaya görə, dizayner avqustun 5-də Tokiodakı xəstəxanalardan birində qaraciyər xərçənginin bir növü olan hepatosellülyar karsinomadan vəfat edib. Modelyerin sağlığında arzu etdiyi kimi, hadisə ilə bağlı anım mərasimi keçirilməyəcək.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

İssey Miyake 1938-ci ildə Yaponiyanın Xirosima şəhərində anadan olub. 1945-ci il avqustun 6-da o, yeddi yaşlı uşaq ikən Xirosimanın nüvə bombalanmasının şahidi olub. Modelyer məktəbdə oxuyarkən şəhərə atom bombası atılıb. 1964-cü ildə Tokiodakı Tama İncəsənət Universitetini qrafik dizayn ixtisasını bitirdikdən sonra Miyake Parisə gedib və burada moda dizaynına başlayıb. Fransada o, Nyu-Yorka getməzdən əvvəl məşhur modelyerlər Qay Laroş və Hubert de Givenşi ilə işləyib.

İssey Miyake “Issey Miyake” çərçivəsində ondan çox moda xətti dizayn edib. 1990-cı illərin sonlarında özünü tamamilə dizayna həsr etmək üçün o, brendin kişi və qadın geyim xətlərinin dizaynını partnyoru Naoki Takizavaya təhvil verib və moda sahəsində araşdırmalara başlayıb.

Son xəbərlər
Digər xəbərlər