18 C
Baku
Thursday, October 10, 2024

Dələduz 11 yaşlı uşağın qazandığı pulları əlindən alıb – Sosial şəbəkədə uşaq üçün $15 min toplanıb

Vaşinqtonun Everett şəhərindən olan 11 yaşlı Ceremi yay tətili zamanı bir az pul qazanmağı planlaşdırırdı – o, yığdığı pulları kiçik limonad stendinin quraşdırılmasına xərclədi. Lakin gənc sahibkarın biznesi fırıldağın qurbanı oldu: naməlum şəxs içkinin pulunu 100 dollarlıq saxta əsginasla ödədi.

Banker.az bu barədə “TJournal”a istinadən xəbər verir.

Yerli polis idarəsi bu barədə avqustun əvvəlində məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, dələduz böyük əsginasdan bir stəkan limonad və qalıq pul istəyib. Cereminin əlində kifayət qədər pulu yox idi və o, alıcıya 85 dollar təklif etdi. Naməlum şəxs razılaşdı və uşağın pulunu götürərək oranı tərk etdi.

Sonra məlum olub ki, əsginas əslində saxtadır. Nə məmurlar, nə də yerli sakinlər alıcının kimliyini tez bir zamanda müəyyənləşdirə bilməyiblər, buna görə də polis dələduzun tapılmasında kömək üçün “Facebook” istifadəçilərinə müraciət edib.

Hekayə sosial mediada yayılıb və uşağın qonşusu Emi Stenfott da daxil olmaqla, ölkə daxilində minlərlə insan tərəfindən paylaşılıb. O da naməlum şəxsi tanımayıb, lakin ədalətin bərpasına kömək etmək qərarına gəlib.  Valideynlərin icazəsi ilə Ceremi üçün pul toplama səhifəsi açıb.

Ceremi – zəhmətkeç oğlandır, hansıki limonad dükanı işlətməklə yanaşı, qışda qonşuları üçün ot biçərək, qar kürəyərək pul qazanır.

Stenfott uşağa “itkilərini qaytarmaq və bəlkə də biznesi genişləndirməkdə” kömək etmək üçün 250 dollar toplamağı hədəf tutub. Lakin səhifə açıldığı üç gün ərzində gözlənilmədən 650-dən çox insan 15 min dollar toplaya bilib. Qadının sözlərinə görə, Ceremi limonad satmağa davam edir və “internetdə nə qədər sevgi və dəstək aldığını təsəvvür belə etmədiyini” deyir.

Pul yığımını hətta yerli plis idarəsinin əməkdaşları da dəstəkləyib. “Bu inanılmazdır, ən yaxşı xəbər bu alçaq hərəkəti edən fırıldaqçının tutulması olacaq” – deyə Stenfott yığım səhifəsində paylaşıb.

Son xəbərlər
Digər xəbərlər