İsveç hökuməti Ukraynaya dəstək məqsədilə əlavə vəsaitin – hərbi texnika və maliyyə yardımının ayrılması haqqında qərar qəbul edib.
Ukraynaya gəmiəleyhinə “Robot 17” yaxınmənzilli raket komplekslərinin, avtomat tüfənglərin və 5 min tankəleyinə qumbaraatanın göndərilməsi nəzərdə tutulur.
Bundan başqa, Ukraynaya 1 milyard kron (100 milyon ABŞ dolları) vəsait ayrılacaq.