14 C
Baku
Saturday, November 23, 2024

Moody’s agentliyi Bank of Baku-nun reytinqini bir daha yüksəltdi!

®Beynəlxalq reytinq agentliyi Moody’s dərc etdiyi son hesabatında, “Bank of Baku”-nun reytinqini yüksəldib. Belə ki, agentlik tərəfindən bankın baza kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqləri yüksəlib.

Hesabata əsasən, bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B3 səviyyəsindən B2 səviyyəsinə qədər artırılıb, bu reytinq üzrə gözləntilər “Stabil” olaraq qiymətləndirmişdir. Bank of Baku-nun baza kredit qiymətləndirməsini B3-dən B2 səviyyəsinə qaldırıb. 

Eyni zamanda, aktivlərinin keyfiyyəti, güclü kapital buferinə malik olması və kredit ödəmə qabiliyyətinin müsbət olması bankın reytinqinin yüksəlməsinə səbəb olan göstəricilərdir.

“Moody’s” ekspertləri Bank of Baku-nun maliyyə göstəricilərində davamlı yaxşılaşmanın, gələcəkdə də bankın reytinqlərini yüksəldə biləcəyini proqnozlaşdırıblar. 

Əlavə olaraq qeyd edək ki, iyul ayının sonuna bankın kapital həcmi 112.5 mln, məcmu kapital adekvatlığı əmsalı 18.06%, ani likvidlik əmsalı isə 83.95% təşkil etmişdir. Bütün bunlar bankın fəaliyyətinin uğurla davam etdirildiyini göstərir. 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

Son xəbərlər
Digər xəbərlər