6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank banklara verilən kreditlərə yeni qayda tətbiq etdi – Qaydalar sərtləşir

Azərbaycan Mərkəzi Bankı tərəfindən verilən yenidənmaliyyələşdirmə kreditlərinin şərtləri dəyişdirilir.

Banker.az-ın əldə etdiyi sənəddəki qeydlərə görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərarı imzalayıb. Qərar 27 iyul 2022-ci il tarixdə imzalanıb.

Yeni qaydaya görə, bundan sonra 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək.

Bildirək ki, Mərkəzi Bank banklara iki növdə – yenidənmaliyyələşdirmə kreditləri və sonuncu instansiya kreditləri verir.

Həmçinin, onlara verilən kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq. Bundan öncə bu 5 gün idi.

Qeyd edilən hərraclarda aşağıdakı tələblərə cavab verən banklar iştirak edə biləcəklər:

– “Banklar haqqında” Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan;

– Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan.

Azərbaycan Mərkəzi Bankı pul siyasətində bir illik (360 günlük) yenidənmaliyyələşmə kreditlərin hərrac vasitəsi ilə verilişindən imtina edir. Yeni qaydaya görə, artıq bu müddətə hərracla kredit verilməsi qaydada yer almır.

360 gündən yuxarı veriləcək kreditlər artıq hərracdan kənar verilən yenidənmaliyyələşdirmə kreditləri sayılaca.

Lakin başqa bir şərtdə var. Belə ki, makroiqtisadi vəziyyət nəzərə alınmaqla Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunacaq.

Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2  iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edilməsi qaydası ləğv edilir.

Sonuncu instansiya kreditlərində bankın və ya bankın səhmdarlarının mülkiyyətində olan, heç bir öhdəlik üzrə yüklü edilməmiş və barəsində məhkəmə mübahisəsi olmayan daşınmaz əmlak da aktiv kimi təmin edilməldir.

Qızıl külçə formasında bank metalı aktivi ilə sonuncu instansiyada təmin edilmə qaydası da ləğv edilir.

 

 

Son xəbərlər
Digər xəbərlər