7 C
Baku
Sunday, December 15, 2024

ABŞ İranı Rusiyaya PUA göndərdiyi təqdirdə sanksiyalarla hədələyib

ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patel bildirib ki, İran Rusiyaya PUA-lar tədarük etdiyi təqdirdə, ABŞ sanksiyalar mexanizmindən istifadə etməyə hazırdır. O qeyd edib ki, sanksiyalar hər iki ölkəni təhdid edir. İyul ayından ABŞ Moskvanın Tehrandan PUA almaq planlarından danışıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Brifinq zamanı cənab Patel ABŞ-ın Rusiya və İranın silah ticarətinə dair bütün sanksiyalarını “fəal şəkildə tətbiq edəcəyini” söyləyib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti bu yaxınlarda İran istehsalı olan pilotsuz təyyarələrin nümayiş nümunəsini alıb. “Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmiləri dronların təhvil verilməsinə dair razılaşmanın bir hissəsi olaraq İranda təlim keçiblər”, – deyə cənab Patel söyləyib.

İranın Rusiyaya sürətlə bir neçə yüz pilotsuz uçan aparatı, o cümlədən silah daşıya bilən pilotsuz təyyarə ötürmək niyyətində olduğunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. İran bunu təkzib etdi, Rusiya tərəfi də bunu təsdiqləməyib.

İranın Rusiyaya PUA tədarük etmək niyyətində olduğunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da deyib. İran bu məlumatı təkzib edib, Rusiya tərəfi də təsdiq etməyib.

Son xəbərlər
Digər xəbərlər