18 C
Baku
Saturday, May 4, 2024

Ehtiyat fondları üzrə maliyyə göstəriciləri açıqlanıb

Bu ilin 6 ayı ərzində ehtiyat fondlarının məbləğləri qanunvericilikdəki hədd çərçivəsində nəzərdə tutulmuş və icra edilib.

Bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Qeyd edilib ki, ötən ilə nisbətən bu fondlar üzrə icra göstəricisində azalma olub. 2022-ci ildə ehtiyat fondlar üzrə 628,0 mln. manat vəsait nəzərdə tutulub.

İmzalanmış sərəncamlara əsasən hesabat dövrü üzrə 101,0 mln. manat nəzərdə tutulmuş, 44,1 mln. manat məbləğində maliyyələşmə açılıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər