16 C
Baku
Monday, September 30, 2024

Latviya Ukraynaya hərbi helikopterlər verib

Latviya dörd helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə təhvil verib.

Bu barədə Latviyanın müdafiə naziri Artis Pabrikas tviterdə bildirib.

“Ukrayna Hərbi Hava Qüvvələri Latviyanın hədiyyə etdiyi 4 helikopteri qəbul edib və bu helikopter tezliklə Ukrayna Silahlı Qüvvələrinin donanmasına daxil ediləcək”, deyə nazir yazıb.

Xatırladaq ki, iyulun sonunda Latviya hökuməti Müdafiə Nazirliyinin Ukraynaya əlavə hərbi yardım göstərmək təklifini dəstəkləmişdi.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər