2022-ci ilin 7 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə 160 057 elektron arayış alınıb.
Fonddan Banker.az-a verilən məlumata əsasən, bu arayışların 23 891-i pensiya, 119 938-i müavinət və təqaüd, 8 882-si fərdi şəxsi hesab, 1 886-sı ünvanlı dövlət sosial yardımı, 1 477-si torpaq pay mülkiyyətçisi, 1 932-si sosial sığorta şəhadətnamə nömrəsi, 474-ü şəhid ailəsi üzvü, 503-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 695-i sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 312-si əlilliyi olan şəxslərə qulluq, 67-si Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.