İngiltərə 50 ilin ən böyük tətilinə hazırlaşır

İngiltərədə dövlət işçilərinin bağlı olduğu həmkarlar ittifaqları müxtəlif sektorlarda son 50 ilin ən böyük tətilinə hazırlaşır.

Böyük Britaniyada illik inflyasiya 1982-ci ilin fevralından bəri ilk dəfə ikirəqəmli faizə (10,1) yüksəlib.

Müxtəlif sektorlardan olan dövlət işçilərinin 1970-ci illərdən indiyədək ən böyük tətilə hazırlaşdıqları açıqlanıb.

Əmək haqqının artırılması ilə bağlı danışıqlar həll olunmasa, xəstəxanalarda, yanğınsöndürmə məntəqələrində, məktəblərdə və nəqliyyat şəbəkəsində ixtisarlar gözlənilir.

 

 

Son xəbərlər
Digər xəbərlər