“Finlandiya artıq həyata keçirilən tədbirlərlə yanaşı, Rusiya vətəndaşlarına turist vizalarının verilməsi prosedurunu da ləngidir”.
Bunu Finlandiyanın Baş naziri Sanna Marin Helsinkidə ölkənin diplomatik missiyalarının rəhbərləri ilə görüşündə deyib.
“Açıq danışacağam: turist vizalarının əvvəlki dövrlərdəki kimi tez verilməməsi üçün bu proseduru ləngidirik”, – o vurğulayıb.
Onun sözlərinə görə, turist axını problemdir və bu həll edilməlidir.