7 C
Baku
Thursday, December 12, 2024

“The Guardian”: Ukraynanı qarşıdakı altı ayda 5 ssenari gözləyə bilər

Ukraynada qarşıdakı altı ay ərzində münaqişənin inkişafı üçün beş fərqli ssenari mümkündür. Bu barədə cümə axşamı, avqustun 25-də “The Guardian”ın jurnalisti Den Sabbaq yazıb.

Banker.az bu barədə “The Guardian”ya istinadən xəbər verir.

1. Müharibə daha bir il davam edəcək, lakin intensivliyi bir qədər azalacaq

Müharibədən yarım il keçib, lakin itkilərə baxmayaraq, nə Ukrayna, nə də Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil. Ukrayna işğal etdiyi ərazilərini qaytarmaq, Rusiya isə təkcə düşməninə deyil, dolayısı ilə Qərbə də ziyan vurmaqda davam etmək istəyir. Hər iki tərəf mübarizə aparmağa davam edəcək və getdikcə döyüşdən daha da sarsılacaq.

2. Ukraynanın əks hücuma keçmək üçün vasitələri olmayacaq və partizan basqınları Rusiyanın süqutunu sürətləndirmək üçün ən optimist üsul kimi görünəcək

Ukrayna Dneprdən qərbdə yerləşən Xersonu geri almaq istəyir, lakin yüksək səviyyəli administrasiya rəsmisi özəl olaraq etiraf edib ki, “bizim onları geri çəkmək üçün kifayət qədər imkanımız yoxdur”. Kiyev uzaqmənzilli raket zərbələri və arxa cəbhədəki Rusiya bazalarına cəsarətli spetsnaz reydləri keçirmək strategiyasını dəyişəcək.

3. Rusiya daha da irəliləmək istəyəcək, lakin bütün diqqətini çox güman ki, aldığı əraziləri əldə saxlamağa yönəldəcək

Rusiyanın top atmaqdan, qəsəbələri və şəhərləri dağıtmaqdan və irəliləməkdən başqa yeni hücum planı yoxdur. O, bunu qismən təsirli olduğu və itkiləri minimuma endirmək üçün edir.

Kreml müharibənin başlanğıcında ümid etdiyinə nail ola bilməsə də, Rusiya şərqdə və cənubda Ukrayna ərazisinin böyük bir hissəsinə sahib olacaq və burada ilhaq referendumlarını keçirməyə başlayacaq.

4. Soyuq qış qaçqın böhranını daha da sürətləndirəcək və buna hazır olan hər kəs üçün fürsət yaranacaq

Qış hər şeydən əvvəl hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Ukrayna artıq humanitar problemlərdən narahatdır, çünki Donetsk vilayətində və digər cəbhəyanı ərazilərdə qaz isitmə sistemi yoxdur.

Ruslar qışı fürsət kimi görürlər. Ukrayna qorxur ki, Rusiya onun enerji sistemini hədəfə alacaq, istilik problemini daha da şiddətləndirəcək. Moskva Qərbin enerji qiymətləri ilə bağlı “baş ağrısı”nı uzatmaq istəyir və təzyiqi gücləndirmək üçün bütün əsaslara malikdir.

5. Qərb qərar verməlidir ki, o, Ukraynanın qalib gəlməsini, yoxsa sadəcə ayaqda qalmasını istəyir?

Qərbin hərbi yardımı olmasaydı, Ukrayna məğlub olardı. Lakin hələ ki, Qərb Kiyevə işğalçıları geri qaytarmaq üçün kifayət qədər artilleriya və ya qırıcı təyyarələr kimi digər silahlarla təmin etməyib. Siyasətçilər Rusiyanı müharibədən əvvəlki sərhədlərə qədər sıxışdırmağın zəruriliyindən danışırlar, lakin bunun üçün kifayət qədər avadanlıq vermirlər.

Eyni zamanda, Ukraynanın humanitar ehtiyacı da artır. Məsələn, yenidənqurma üçün kifayət qədər pul yoxdur və Kiyevin şimal-şərqində və şimal-qərbində bir çox evlər ruslar getdikdən beş ay sonra dağıdılmış vəziyyətdə qalır, çox vaxt çarəsiz sakinlər qarajlarda və ya müvəqqəti tikililərdə yaşayır.

İyulun sonunda ekspertlər Stiven Saymon və Conatan Stivenson “The National Interest” jurnalında dərc olunan məqalədə ABŞ hakimiyyətinin Ukraynanı münaqişəni dayandırmağa inandırmalı olduğu fikrini bildiriblər. Xüsusilə qeyd olunub ki, ABŞ və NATO Ukrayna tərəfinə başa salmalıdır ki, Qərb Kiyevdən vəziyyəti diplomatiyanın köməyi ilə həll edəcəyini gözləyir, əks halda silah tədarükü və maliyyə tranşları dayanacaq.

Son xəbərlər
Digər xəbərlər