14 C
Baku
Saturday, November 23, 2024

Zaporojye AES tarixdə ilk dəfə elektrik şəbəkəsindən ayrılıb

Ukraynanın Dövlət Nüvə Enerjisi Şirkəti Enerqoatom Rusiyanın ələ keçirdiyi bölgədə yerləşən Zaporojye Atom Elektrik Stansiyasının tarixdə ilk dəfə olaraq milli elektrik şəbəkəsindən ayrıldığını açıqlayıb.

Zaporojye Atom Elektrik Stansiyasının son iki işləyən reaktorunun yaxınlığında baş verən yanğınlar nəticəsində AES-i şəbəkəyə birləşdirən elektrik xətlərinin zədələndiyi bildirilib.

Obyekt ukraynalı mühəndislər tərəfindən idarə olunarkən, elektrik stansiyası yaxınlığında Rusiya və Ukrayna qüvvələri arasında qarşıdurma davam edir. Həm Ukrayna, həm də Rusiya bir-birini zavodu bombalamaqda ittiham edir.

 

 

Son xəbərlər
Digər xəbərlər