10 C
Baku
Thursday, December 12, 2024

Rusiya ABŞ-la ticarətdən ayda bir milyard dollardan çox qazanır

Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Rusiya məhsullarının ABŞ-a axını davam edir.

Moskva bu ticarətdən hər ay bir milyard dollardan çox gəlir əldə edir.

Məlumata görə, son altı ayda Rusiya ABŞ-a 3600-dən çox partoyada ağac, metal, rezin və digər mallar göndərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən 50% azdır.

Dövlət Departamentinin Sanksiyaların Əlaqələndirilməsi İdarəsinin rəhbəri Cim O’Braynın bu rəqəmləri belə izah edib:

“Biz sanksiyalar tətbiq etdikdə, bu, qlobal ticarəti poza bilər. Ona görə də bizim vəzifəmiz hansı sanksiyaların daha çox təsir edəcəyini düşünmək və qlobal ticarətin işləməsinə imkan verməkdir”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər