İşə götürdüyünüz əməkdaşlar bir çox hallarda şirkətin mədəni imicini və gələcək uğurunu təyin edir. Müsahibə üçün informativ sualların təşkil edilməsi işə düzgün namizədlərin seçilməsində açar mövqeli amildir. Namizədin cavabları onun haqqında bir çox “sirri” aça bilər.
Artıq bir çoxlarına sirr deyil ki, insanın emosional intellekti onun işdə uğur qazanmasına böyük təsir edir. Bəs müsahibə zamanı əməkdaşların emosional intellektini təyin etmək üçün əsas olaraq hansı suallardan istifadə edirlər?
Sizi motivasiya edən kimdir və nəyə görə?
Namizədin bu suala verdiyi cavab namizədin öz davranış qaydasında kimə uyğunlaşdığını təyin etmək imkanı verir. Onun cavabı həmçinin işəgötürən şəxsə namizədin davranış modelini təsvir etməyə də kömək edir.
Özünüzə şirkət yaratmalı olsaydınız həmin şirkətin sahib olduğu 3 əsas dəyər hansılar olardı?
Hər bir yaxşı münasibət etibar və dəyərlərin üst-üstə düşməsi ilə başlayır. İnsanın priorotetlərini təyin etməklə onunla əməkdaşlıq yolunda ilk addımı ata bilərsiniz.
Şirkətin işgüzar prioritetləri dəyişdikdə komandanıza bu prioritetləri necə izah edə və qəbul etdirə bilərdiniz?
Hər bir şirkət və komanda daxilində, vəzifədə dəyişikliklər qaçılmazdır. Bu səbəbdəndə bu dəyişikliklərə münasibətdə daha dayanıqlı ola bilər namizədləri işə cəlb etməyiniz məqsədəuyğundur.
Özünüzdə hələ də hansı təcrübə və yaxud biliyin çatışmadığını hiss edirsiniz?
Hər şeyə maraq göstərmək və öyrənmək arzusu – namizədin daha yaxşı olmağa can atdığının sübutudur. Bu suala cavab verməkdə çətinlik çəkən insanlar artıq hər şeyi bildiklərini güman edən şəxslərdir.
Uğurunuzu təsvir edəcək 3 söz hansıdır?
Bu suala verilən cavab namizədin qərəzsiz və yaxud eqoist olub-olmadığını üzə çıxarır. İnsanların öz uğuru haqqında danışarkən “mən” və yaxud “biz”, “komanda” sözlərinin hansından daha çox istifadə etməsinə diqqət yetirin.