12 C
Baku
Monday, November 18, 2024

Dünyanın ən zəngin adamlarının sərvəti FED rəhbərinin çıxışından sonra 30 milyard dollar azaldı

FED rəhbərinin təxminən 8 dəqiqə davam edən çıxışından sonra dünyanın ən zəngin adamlarının sərvəti 30 milyard dollardan çox azalıb.

Çıxışı zamanı Cerom Pauell faiz dərəcələrinin daha da yüksəlməsinin mümkünlüyündən danışıb ki, bununla da Amerika fond bazarında çöküşə səbəb olub.

Planetin ən zəngin iş adamı, “Tesla” şirkətinin rəhbəri İlon Maskın kapitalı 5,4 milyard dollar azalıb və hazırda 257,3 milyard dollar qiymətləndirilir.

LVMH-nin əsas sahibi fransız Bernard Arnonun sərvəti 4,5 milyard dollar azalaraq 161,7 dollar olub.

“Amazon”un qurucusu Ceff Bezos isə bir gündə 6,5 milyard dollar itirib və hazırda onun kapitalı 155,3 milyard dollardır.

 

 

Son xəbərlər
Digər xəbərlər