İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.
Banker.az xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, səfər zamanı İranın Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.